AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu2024-12-192024-12-192021978-9952-495-95-8https://hdl.handle.net/20.500.14684/57səh.416Əsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini və mədəni inkişafını göstərir. Kitabda həm Cənubi Azərbaycanın ümumi vəziyyəti, həm də onun İranın sosial-iqtisadi və siyasi, eləcə də mədəni inkişafında mövqeyi əks olunur. Tədqiqat göstərmişdir ki, İranın iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərindən biri olan Cənubi Azərbaycan 1828-1917-ci illəri əhatə edən həmin dövrdə ölkənin iqtisadi, siyasi və mədəni həyatında çox mühüm rol oynamışdır. Təxminən XIX əsrin ikinci rübündən etibarən Avropa ölkələri və qismən də Rusiya ilə ticarət əlaqələrinin inkişafı ilə bağlı olaraq Cənubi Azərbaycanın mərkəzi Təbriz şəhəri İranın ticarət mərkəzinə çevrilir. Kitabda bəhs olunan dövrdə Cənubi Azərbaycanın mədəni inkişafında Şimali Azərbaycanın oynadığı müstəsna rol qeyd edilir.otherCənubi Azərbaycan tarixinin oçerki (1828-1917)Book