Şəmsəddin Sami və Türk dünyası
| dc.contributor.author | İskəndərli, Rəna | |
| dc.date.accessioned | 2026-11-23T22:54:03Z | |
| dc.date.issued | 2026 | |
| dc.description.abstract | Tənzimat dövrünün görkəmli nümayəndəsi, alban əsilli Şəmsəddin Sami (1850 – 1904) ömrünü bütövlükdə Türk xalqının mədəniyyətinə, ədəbiyyatına, inkişafına həsr etmiş müəlliflərdən biridir. Onun yaradıcılığı çoxşaxəli olsa da, əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi, şanlı türk tarixini təbliğ etmək idi. Məqalə müəllifin elmi-bədii irsinə, o cümlədən türk xalqına həsr etdiyi mənəvi sərvətlərə həsr olunub. Təbii ki, bu bilgilərdən öncə, Şəmsəddin Saminin həyatına da qısa nəzər salınıb. Belə ki, müəllifin yaşam tərzi və prinsipləri vacib amillər sırasında olaraq bilavasitə onun yaradıcılığına güclü təsir etmişdir. Əldə olan və Şəmsəddin Sami bəyə həsr olunan tədqiqatlardan istifadə edərək ( həmin əsərlərin müəllifləri - Abdullah Uçman, Ömər Faruk Akün, Agah Sırrı Levend, Florida Kulla və s.) müəllifi bir şəxsiyyət kimi incələməyə çalışdıq ki, yuxarıda qeyd etdiyimiz kimi, onun əsərlərinin yaranma səbəbini aydın şəkildə təsəvvür edə bilək. Onu da vurgulayaq ki, Saminin dövrü, söylədiyimiz kimi, Tənzimat ədəbiyyatının təşəkkül dövrünə təsadüf edilir və onun hər bir əsəri cağdaş Türk ədəbiyyatında yeni cığır demək idi. Təqdim olunan yazıda tədqiqatcının müəyyən səbəblərdən işıq üzü görməyən lakin türkçülük ideyasını aşılayan “Qutadqu-bilik”, “Orxon abidələri” (ön söz, mətn, tərcümə və şərh) “Ləhcəyi-Türkiyəyi-məmaliki-Misir” və s. əsərləri haqqında məlumat var. Tədqiqatçı-alim “Orxon abidələri” və “Qutadqu-bilik” əsərlərini türk oxucularına tərcümə edən ilk müəllif idi. Müəllifin “Qamusul-elam” adlı altı cildlik lüğətinə gəlincə, o, Türkiyədə öz tərtibat və quruluşuna görə ilk Türk ensikıopediyası adını qazanmışdır. Sözügedən lüğətdə, Şərq və Qərb kontekstində, ən-ənəyə və öz dəsti-xəttinə və məramına sadiq qalan leksikoqraf yenə də türk aləminə geniş yer ayırmışdır. Belə ki, coğrafiya və tarix məzmunlu bu lüğətin hər cildində türk xalqlarının mədəniyyətinə və tarixinə geniş yer ayrılmışdır. Belə məlumatlardan biri, bir çox türk mənşəli xalqların, o cümlədən Azərbaycan türklərinin etnoqenezində və Azərbaycan dilinin formalaşmasında böyük rolu olan xəzərlər haqqında olan mətndir. Tədqiqatçının bu qədim türk tayfası haqqında təqdim etdiyi məlumat olduqca maraqlı və aktual olduğu üçün mətn osmanlı türcəsindən dilimizə tərcümə edilərək məqalədə şərh edilmişdir. | |
| dc.format.extent | 7 səh. | |
| dc.identifier.doi | 10.59849/2410-5600.2026.1.108 | |
| dc.identifier.issn | 2410-5600 | |
| dc.identifier.uri | https://hdl.handle.net/20.500.14684/148 | |
| dc.language.iso | az | |
| dc.publisher | AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | |
| dc.subject | Scholar | en |
| dc.subject | dictionary | en |
| dc.subject | turkish people | en |
| dc.subject | history | en |
| dc.subject | literature | en |
| dc.title | Şəmsəddin Sami və Türk dünyası | |
| dc.title.alternative | Shamsaddin Sami and the Turkic worldview in his works | en |
| dc.type | Article | |
| oaire.citation.endPage | 114 | |
| oaire.citation.issue | 1 | |
| oaire.citation.startPage | 108 | |
| oaire.citation.title | Əlyazmalar yanmır |
Files
Original bundle
1 - 1 of 1