<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Klassik Azərbaycan şairlərinin yaradıcılığında rəmzlərin mənası və təsəvvüf anlayışı

dc.contributor.authorƏhməd, Vüqar
dc.date.accessioned2026-11-23T22:54:02Z
dc.date.issued2026
dc.description.abstractAzərbaycan ədəbiyyatı zəngin irfan və fəlsəfi düşüncə ənənəsinə malikdir. Bu ənənə İmadəddin Nəsimidən Əliağa Vahidə qədər uzanan poetik xətt boyunca “vəhdəti-vücud” fəlsəfəsinin bədii ifadəsi kimi formalaşmışdır. Bu xəttin əsas xüsusiyyəti insanı ilahi həqiqətin daşıyıcısı kimi dərk etmək və dünyanı rəmzlər vasitəsilə mənəvi güzgü kimi təqdim etməkdir. İmadəddin Nəsimi yaradıcılığı bu irfani ənənənin əsas təməlini təşkil edir. Onun poeziyasında insan ilahi varlığın yer üzündəki təzahürü kimi təqdim olunur. Şairin poetik sistemində “üz”, “nöqtə” və “sirr” kimi rəmzlər hürufilik və təsəvvüf ideyalarının ifadəsinə xidmət edir və insanın ilahi mahiyyətini ön plana çıxarır. Bu irfani xətti Məhəmməd Füzuli eşq fəlsəfəsi ilə daha da dərinləşdirmişdir. Onun əsərlərində “gül”, “bülbül”, “Məcnun” kimi rəmzlər ilahi gözəllik, aşiq ruh və kamil insan ideyasını ifadə edir. Füzulidə eşq insanın mənəvi kamilləşmə yolunun əsas vasitəsi kimi təqdim olunur. XIX əsrdə Seyid Əzim Şirvani klassik təsəvvüf rəmzlərini qoruyaraq onları daha realist və ictimai müstəviyə gətirmişdir. Onun yaradıcılığında “mey” və “meyxanə” rəmzləri ilahi eşqin və mənəvi paklığın simvolu kimi işlədilir. XX əsrin əvvəllərində Mirzə Ələkbər Sabir klassik rəmzləri satirik məzmunla yenidən şərh edərək cəmiyyətin mənəvi problemlərini ifşa etmişdir. O, insanın oyanışını sosial və intellektual inkişafla əlaqələndirmişdir. Bu ənənə Hüseyn Cavid yaradıcılığında romantik-fəlsəfi dramaturgiya ilə davam etmiş, nəhayət Əliağa Vahid klassik qəzəl poetikasını xalq dilinə yaxınlaşdıraraq onu yaşatmışdır. Beləliklə, bu şairləri birləşdirən əsas xətt insanın mənəvi ucalığını və ilahi eşq ideyasını tərənnüm edən ortaq irfani dünyagörüşüdür.
dc.format.extent8 səh.
dc.identifier.doi10.59849/2410-5600.2026.1.45
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/140
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectsaki saki (the cupbearer)en
dc.subjectwine (mystical wine)en
dc.subjectdivine loveen
dc.subjectwahdat al-wujud (unity of existence)en
dc.subjectthe perfect man (al-insan al-kamil)en
dc.subjectasceticen
dc.subjectmurshid (spiritual mentor)en
dc.titleKlassik Azərbaycan şairlərinin yaradıcılığında rəmzlərin mənası və təsəvvüf anlayışı
dc.title.alternativeThe significance of symbols and the concept of Sufism in the works of classical Azerbaijani poetsen
dc.typeArticle
oaire.citation.endPage52
oaire.citation.issue1
oaire.citation.startPage45
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2026_1_45.pdf
Size:
381.31 KB
Format:
Adobe Portable Document Format