<link rel="stylesheet" href="styles.f3b1fba60ec7970c.css">

Orta əsrlərdə Naxçıvan elmi mühitinin görkəmli xadimləri haqqında

dc.contributor.authorVerdiyeva, Səba
dc.date.accessioned2026-11-23T23:29:29Z
dc.date.issued2025
dc.description.abstractAzərbaycanın ədəbi-bədii və ictimai-fəlsəfi fikir tarixində, o cümlədən onun ədəbi mühitinin ən qədim dövrlərdən bu günə kimi formalaşmasında və inkişafında müstəsna xidmətləri olan alimlərin, filosofların, söz ustalarının həyat, yaradıcılığı və fəaliyyətinin tədqiqi ədəbiyyat elmimizin qarşısında duran aktual problemlərdən biridir. Həmin problemlər sırasında Naxçıvan ədəbi mühitinin və bu mühitin yetişdirdiyi şəxsiyyətlərin taleyinin, sənətinin, çoxşaxəli fəaliyyətinin öyrənilməsi xüsusi yer tutur. Əsrlər boyu Naxçıvan Azərbaycan elminin əsas inkişaf mərkəzlərindən biri olmuşdur. Onun qədim karvan yolları üzərində yerləşməsi, tranzit əlaqələri, bir sıra dövlətlərlə həmsərhəd olması, Şərqə və Qərbə çıxışı qədim zamanlardan Naxçıvanda elmin inkişafına şərait yaratmışdır. XIII-XIV əsrlərdəki istilalar zamanı Naxçıvan ərazisi döyüş meydanına çevrilsə də, ölkə böhran vəziyyətində olsa da, elmin bütün sahələri öz inkişafını davam etdirirdi. Orta əsrlərdə fəaliyyət göstərən mədrəsələr həm də mühüm elm mərkəzi funksiyasını yerinə yetirirdi. Bütün bunlar Naxçıvan elminin inkişafına təkan verən əsas amillərdən biri idi. Marağa rəsədxanasının banisi, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi də daxil olmaqla, əslən naxçıvanlı olan və Azərbaycan elminin formalaşmasında xüsusi rol oynamış saysız-hesabsız görkəmli alimlər vardır. Azərbaycanın digər qabaqcıl elm və təhsil ocaqlarında olduğu kimi, XIII-XVI əsrlərdə Naxçıvanda da elm sahəsində müəyyən inkişaf olmuş, bölgədə bir sıra görkəmli alimlər yetişmişdir. Məqalədə XIII-XVI əsrlər Naxçıvan elmi-ədəbi mühitinin inkişafında əvəzsiz xidmətləri olan ensiklopedik alim Xacə Məhəmməd Nəsrəddin Tusi, Qazi Nəcməddin ibn Əhməd ibn Əbubəkr ibn Məhəmməd Naxçıvani, tibb sahəsində biliyi olan Kəmaləddin Əbülfəzail Məhəmmədzəil ibn Əbülfəz, Səncər ibn Abdulla, XIV əsr Məşhur ədəbiyyatşünas Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani kimi məşhur alimlərin yaradıcılığından bəhs etmişik.
dc.format.extent7 səh.
dc.identifier.doi10.59849/2410-5600.2025.2.87
dc.identifier.issn2410-5600
dc.identifier.urihttps://hdl.handle.net/20.500.14684/200
dc.language.isoaz
dc.publisherAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
dc.subjectAzərbaycanaz
dc.subjectNaxçıvanaz
dc.subjectelmaz
dc.subjectalimaz
dc.subjectfilosofaz
dc.subjectfəaliyyətaz
dc.titleOrta əsrlərdə Naxçıvan elmi mühitinin görkəmli xadimləri haqqında
dc.title.alternativeAbout prominent figures of the scientific environment of Nakhchivan in the middle agesen
dc.typeArticle
oaire.citation.endPage93
oaire.citation.issue2
oaire.citation.startPage87
oaire.citation.titleƏlyazmalar yanmır

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
mdb2025_2_87.pdf
Size:
290.48 KB
Format:
Adobe Portable Document Format