Məhv olan millət kütləsinin naləsi: İrəvan müsəlmanlarının faciəsi “Azərbaycan” qəzetinin səhifələrində
| dc.contributor.author | Muxtarova, Sevinc | |
| dc.date.accessioned | 2026-11-23T22:54:04Z | |
| dc.date.issued | 2026 | |
| dc.description.abstract | “Azərbaycan” ictimai-siyasi, ədəbi-bədii qəzet olduğu üçün onun mövzu dairəsi çox geniş ol-muşdur. Qəzetdə günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə, əsasəndə İrəvan quberniyasına dair materiallar böyük maraq doğurur. 1918-1920-ci illər Cənubi Qafqazın siyasi xəritəsinin yenidən formalaşdığı dövr olmaqla yanaşı, İrəvan quberniyasında yaşayan azərbaycanlı müsəlman əhalisi üçün kütləvi qırğınlar, zorla köçürülmə və etnik təmizləmə siyasəti ilə yadda qalmışdır. Ermənistan Respublikasının yaradılması və daşnak silahlı dəstələrinin fəaliyyəti bölgədəki azərbaycanlı əhalinin demoqrafik strukturunu tamamilə dəyişdirmişdir. 1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi mübahisələri ol-duqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, qonşu respublikalar, xüsusən də erməni silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır. Nəticədə, 1918-1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Bu dövr yalnız kütləvi insan tələfatı ilə deyil, həm də minillik mədəni irsin dağıdılması, böl-gənin demoqrafik xəritəsinin dəyişdirilməsi və yüz minlərlə insanın öz yurd-yuvasından məhrum edilməsi ilə nəticələnmişdir. | |
| dc.format.extent | 7 səh. | |
| dc.identifier.doi | 10.59849/2410-5600.2026.1.165 | |
| dc.identifier.issn | 2410-5600 | |
| dc.identifier.uri | https://hdl.handle.net/20.500.14684/155 | |
| dc.language.iso | az | |
| dc.publisher | AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | |
| dc.subject | APR | en |
| dc.subject | Azerbaijan newspaper | en |
| dc.subject | Iravan province | en |
| dc.subject | Muslims | en |
| dc.subject | tragedy | en |
| dc.title | Məhv olan millət kütləsinin naləsi: İrəvan müsəlmanlarının faciəsi “Azərbaycan” qəzetinin səhifələrində | |
| dc.title.alternative | The grievance of a destroyed nation: the tragedy of the Muslims of Iravan on the pages of the “Azerbaijan” newspaper | en |
| dc.type | Article | |
| oaire.citation.endPage | 171 | |
| oaire.citation.issue | 1 | |
| oaire.citation.startPage | 165 | |
| oaire.citation.title | Əlyazmalar yanmır |
Files
Original bundle
1 - 1 of 1