Azərbaycan kitab mədəniyyətinin inkişaf mərkəzləri
| dc.contributor.author | Yarməmmədov, Nazim | |
| dc.date.accessioned | 2026-11-23T23:29:18Z | |
| dc.date.issued | 2025 | |
| dc.description.abstract | Yaxın Şərqdə, o cümlədən Azərbaycanda əlyazma kitablarının aşağıdakı növləri geniş yayılmışdı: divan, məcmuə, dərslik, səlnamə, ziyc, cüng, risalə, xabnamə, təzkirə və b. mövzu baxımından, fəlsəfə, təbabət, nücum, riyaziyyat, musiqi, tarix, coğrafiya, əxlaq, bədii ədəbiyyat və s. dair kitablara rast gələ bilərik. Əlyazmaların böyük qismini Quran və islam elmləri (təfsir, hədis, kəlam, fiqh, irfan) təşkil edir. Azərbaycanda xalqın maariflənməsi, klassik elmlərin yayılmasında mədrəsə aparıcı rol oynayırdı. Azərbaycanda hələ orta əsrlərdə elmin və tədris prosesinin təşəkkül və təkamülündə məktəb-mədrəsələrin fəaliyyəti böyük önəm kəsb edir. Təbriz və Marağa kimi böyük şəhərlərin məktəb-mədrəsələrindən söhbət açsaq, bu şəhərlərin məktəb-mədrəsələrində zəngin şəxsi kolleksiyası olan tanınmış alim və müəllimlərin olduğunu görərik. XV əsrin sonu XVI əsrin əvvəllərində Şeyx Səfi məqbərəsində məşhur “Dar əl-irşad” mədrəsəsi fəaliyyət göstərirdi. Mədrəsə ənənəsi XIX əsrdə də davam edirdi. Müsəlman məktəbləri səviyyəsinə görə iki tip olurdu. Bunlardan biri məktəb, digəri isə mədrəsə adlandırılırdı. Məna etibarilə məktəb təhsilin ibtidai, mədrəsə isə ali dərəcəsi hesab olunurdu. Məktəb bir növ mədrəsəyə hazırlıq mərhələsi idi. Mədrəsə xalqı maarifləndirməklə yanaşı, həm də onun dünyagörüşünün genişləndirilməsi və bilik səviyyəsinin yüksəldilməsi işinə xidmət edirdi. Şagirdlərin xəttini təkmilləşdirmək üçün onlara, əsasən “Gülüstan”, “Leyli və Məcnun”, “Yusif və Züleyxa” əsərləri üzərində işləmək tapşırılırdı ki, bunda da məqsəd nüsxələrin sayını artırıb, bütün Azərbaycana yaymaq idi. Mədrəsə hücrələrindən biri kitabxana üçün ayrılır, kitablar rəflərə və ya həsir döşənmiş döşəmə üzərinə yığılırdı. | |
| dc.format.extent | 9 səh. | |
| dc.identifier.doi | 10.59849/2410-5600.2025.1.167 | |
| dc.identifier.issn | 2410-5600 | |
| dc.identifier.uri | https://hdl.handle.net/20.500.14684/184 | |
| dc.language.iso | az | |
| dc.publisher | AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | |
| dc.subject | Azərbaycan | az |
| dc.subject | kitab | az |
| dc.subject | mədrəsə | az |
| dc.subject | ədəbi məclis | az |
| dc.subject | mədəniyyət | az |
| dc.title | Azərbaycan kitab mədəniyyətinin inkişaf mərkəzləri | |
| dc.title.alternative | Centers of the development of Azerbaijani book culture | en |
| dc.type | Article | |
| oaire.citation.endPage | 175 | |
| oaire.citation.issue | 1 | |
| oaire.citation.startPage | 167 | |
| oaire.citation.title | Əlyazmalar yanmır |
Files
Original bundle
1 - 1 of 1