Moğol imperatoru Əkbər şah üçün hazırlanmış Nizami “Xəmsə”sinin əlyazmaları və onların tərtibat xüsusiyyətləri
| dc.contributor.author | Hüseynova, Vəsilə | |
| dc.date.accessioned | 2026-11-23T22:54:02Z | |
| dc.date.issued | 2026 | |
| dc.description.abstract | Bu məqalə Nizami Gəncəvinin “Xəmsə” əsərinin Moğol imperiyası dövründə, xüsusilə saray mühitində hazırlanmış əlyazma nüsxələrinin siyasi, estetik və ideoloji kontekstini araşdırır. Tədqiqatın əsas məqsədi Nizami irsinin XIII-XIV əsrlərdə Moğol hakimiyyəti tərəfindən necə mənimsənildiyini və bu ədəbi irsin imperiya siyasətində hansı funksiyanı yerinə yetirdiyini müəyyənləşdirməkdir. Məqalədə göstərilir ki, Moğol imperatoru İran-İslam mühitinə inteqrasiya etdikcə klassik fars ədəbiyyatına xüsusi diqqət yetirmiş, o cümlədən saray kitabxanaları və rəssamlıq emalatxanaları vasitəsilə zəngin miniatürlü əlyazmalar sifariş etmişdir. Nizaminin “Xəmsə”si yalnız ədəbi abidə kimi deyil, həm də hökmdarlıq ideologiyasını simvolizə edən dəyərli bir nümunədir. Bu tədqiqat Moğol dövrü “Xəmsə” nüsxələrinin tərtibat xüsusiyyətlərini təhlil edir. Miniatürlərdə təsvir olunan saray səhnələri, döyüş kompozisiyaları və hökmdar fiqurlarının təqdimat forması Moğol siyasi estetikası ilə klassik İran təsvir ənənəsini əks etdirir. Burda həmçinin göstərilir ki, Nizaminin hökmdar obrazı, Moğol imperatoru Əkbər Şahın simasında islam dünyasının qanuni varisi kimi təqdim olunur. Araşdırma nəticəsində müəyyən edilir ki, Moğol imperatoru üçün hazırlanmış “Xəmsə” nüsxələri imperiyada mədəniyyət siyasətinin mühüm komponenti kimi çıxış etmiş, həmçinin İran-Türk-Monqol mədəni əlaqələrinin formalaşmasında böyük rol oynamışdır. Bu əlyazmalar sonrakı Teymuri və Səfəvi kitab sənətinə də güclü təsir göstərmişdir. | |
| dc.format.extent | 8 səh. | |
| dc.identifier.doi | 10.59849/2410-5600.2026.1.29 | |
| dc.identifier.issn | 2410-5600 | |
| dc.identifier.uri | https://hdl.handle.net/20.500.14684/138 | |
| dc.language.iso | az | |
| dc.publisher | AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | |
| dc.subject | Eguality | en |
| dc.subject | justice | en |
| dc.subject | manuscript | en |
| dc.subject | humanity | en |
| dc.subject | compassion | en |
| dc.subject | palace | en |
| dc.subject | aesthetics | en |
| dc.subject | perfection | en |
| dc.title | Moğol imperatoru Əkbər şah üçün hazırlanmış Nizami “Xəmsə”sinin əlyazmaları və onların tərtibat xüsusiyyətləri | |
| dc.title.alternative | Manuscripts of Nizami’s “Khamsa” prepared for the Mughal Emperor Akbar Shah and their compositional features | en |
| dc.type | Article | |
| oaire.citation.endPage | 36 | |
| oaire.citation.issue | 1 | |
| oaire.citation.startPage | 29 | |
| oaire.citation.title | Əlyazmalar yanmır |
Files
Original bundle
1 - 1 of 1