Jurnallar (Journals)
Permanent URI for this communityhttps://hdl.handle.net/20.500.14684/133
Browse
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
Item type:Item, Süleyman Sani Axundovun uşaq ədəbiyyatı yaradıcılığının problematikası(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Hüseynova, MərcanMəqalə Azərbaycan dramaturqu, nasir, maarifçi, uşaq ədəbiyyatının formalaşmasında müstəsna rola malik olan yazıçılardan biri – Süleyman Sani Axundovun zəngin irsinin tədqiqinə həsr olunub. Tədqiqat işində yazıçının əsərlərində uşaqların mənəvi-əxlaqi tərbiyəsi, maariflənməsi və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsi mövzuları təhlilə cəlb edilib. Məqalə müəllifi tərəfindən S.S.Axundovun uşaq ədəbiyyatı yaradıcılığında aparıcı xətt təşkil edən ədalət, mərhəmət, zəhmətsevərlik və humanizm ideyaları ətraflı öyrənilib. Yazıçının “Qorxulu nağıllar” silsiləsinin uşaq psixologiyasının incəliklərini nəzərə almaqla tərbiyəvi təsir gücünə görə seçildiyi diqqətə çatdırılıb. Azərbaycan nəsrinin qiymətli nümunələrinin müəllifi olan ədibin dövrün sosial-iqtisadi və mədəni problemlərini bədii şəkildə və ideya məzmun cəhətdən uşaqların dünyagörüşünə uyğun təqdim etməsi məsələləri hərtərəfli şərh edilib. Onun uşaqların mənəvi dünyası, həyatı və insanlığı sevməyi bacarmaq qabiliyyətini inkişaf etdirməyə yönəlmiş yaradıcılığında maarifçilik ənənələri ilə milli-mənəvi dəyərlərin sintezinin özünü aydın şəkildə göstərdiyi elmi cəhətdən əsaslandırılıb. S.S.Axundovun əsərlərinin yalnız bədii-estetik baxımdan deyil, həmçinin pedaqoji və psixoloji aspektdən qiymətli irs hesab olunduğu bir daha təsdiqlənib. Ədibin uşaq ədəbiyyatı sahəsindəki orijinal fəaliyyətini əks etdirən yaradıcılığının problematikasını araşdıran bu tədqiqat işinin mövzusunun əhəmiyyət və yeniliyi nəzərə çatdırılıb.