Jurnallar (Journals)
Permanent URI for this communityhttps://hdl.handle.net/20.500.14684/133
Browse
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item type:Item, Məhəmməd Əmin Rəsulzadə və milli mətbuat(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2025)Hüseynova, LaləXX əsrin əvvəllərində yaşayıb-yaradan ziyalılarımızın əksəriyyəti həm siyasi, həm də ədəbi fəaliyyəti ilə xalqımızn mədəni sərvətlərini, mənəvi dəyərlərini qorumaq yolunda tarix yazmışdır. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də öz ədəbi-intellektual dünyagörüşü, mədəni-siyasi bilgiləri ilə bu vəzifəni layiqincə yerinə yetirmişdir. Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti Azərbaycan istiqlal tarixinin şanlı səhifələrində nə qədər parlaq görünürsə, bu böyük insanın milli mətbuatımızın inkişafında göstərdiyi xidmətlər də o qədər önəmli yer tutur. M.Ə.Rəsulzadə təkcə siyasi xadim, ölkəsinin, millətinin tərəqqi yolunu göstərən, bu yolda yorulmadan addımlayan mücahid deyil, həm də ictimai-siyasi məqalələri ilə Azərbaycan cəmiyyətini doğru istiqamətə yönəldən bir ziyalı, ədib, sözün ən yaxşı mənasında jurnalist, redaktor olub. O öz siyasi fəaliyyəti dövründə həm də söz və mətbuat azadlığı uğrunda mübarizə aparıb. Daim təqiblərə məruz qalan M.Ə.Rəsulzadə Çar Rusiyası dövründə mətbuat üzərində senzuraya qarşı da ciddi etirazını bildirib. Məqalədə bu böyük tarixi şəxsiyyətin milli-demokratik mətbuatımızın inkişafında göstərdiyi xidmətlər, müxtəlif illərdə redaktoru olduğu qəzetlər və ədəbiyyatşünas-publisist kimi irəli sürdüyü ictimai siyasi fikirləri öz əksini tapmışdır.Item type:Item, Qərbi Azərbaycan “Molla Nəsrəddin” səhifələrində(AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2026)Hüseynova, LaləQərbi Azərbaycan mövzusunun jurnal səhifələrində işıqlandırılması həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Çünki həmin dövrdə baş verən hadisələr, sosial ədalətsizliklər və milli problemlər yalnız cari vəziyyəti əks etdirmir, eyni zamanda gələcək nəsillər üçün tarixi dərs rolunu oynayırdı. “Molla Nəsrəddin” bu hadisələri satira və karikatura dili ilə təqdim edərək onları oxucuya daha təsirli və yadda qalan formada çatdırırdı. Digər tərəfdən, jurnalın Qərbi Azərbaycanla bağlı yazıları regionun social-mədəni həyatının müxtəlif aspektlərini-təhsil səviyyəsini, qadınların cəmiyyətdəki yerini, dini dünyagörüşün təsirini, kənd həyatının xüsusiyyətlərini və idarəetmə sistemindəki problemləri kompleks şəkildə əhatə edirdi. Jurnalın bu mövzuya dair materialları regionun sosial-mədəni həyatını kompleks şəkildə əks etdirərək onun müxtəlif aspektlərini sistemli şəkildə təqdim edirdi. Bu mövzunun araşdırılması bir tərəfdən jurnalın ideya-estetik xüsusiyyətlərini daha dərindən anlamağa, digər tərəfdən isə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi taleyinə işıq salmağa imkan yaradır.