Kitabda Azərbaycan Milli Elmlər Akademiyasında 2024-cü il ərzində “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı görülmüş işlər, həyata keçirilmiş tədbirlər, nəşr məmulatları, qarşıda duran planlar və perspektivlər haqda çıxışlar, məqalələr, müsahibələr və s. toplanmışdır.