Kitab böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi və Azərbaycanda “Nizami Gəncəvi İli”nə həsr olunmuşdur. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, şairin yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı və yaratdığı dövr və mühitin reallıqları və mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilmişdir.