REİRS

Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi

Azərbaycan Milli Elmlər Akademiyasının elmi irsini qoruyub saxlayan və rəqəmsal mühitdə əlçatan edən informasiya sistemidir. Dünyanın aparıcı açıq mənbəli repozitoriya platforması olan DSpace əsasında hazırlanmışdır və aşağıdakı imkanlara malikdir:

  • Sənədləri, audio, video, datasetləri və onların uyğun Dublin Core metadatasını asanlıqla sistemə daxil etmək
  • OAI-PMH interfeysi və Google Scholar optimizasiyası sayəsində bu məzmunu həm yerli, həm də qlobal auditoriyaya açıq etmək
  • Handle.net və DataCite DOI kimi inteqrasiyalarla daimi URL-lər və etibarlı identifikatorlar təqdim etmək
Photo by @enginakyurt
 

Communities in DSpace

Select a community to browse its collections.

Now showing 1 - 1 of 1
  • The Azerbaijan National Academy of Sciences (AMEA) is the leading scientific institution in Azerbaijan, dedicated to advancing research and innovation across various fields of science. Established in 1945, AMEA fosters academic and scientific excellence, aiming to contribute to the nation's intellectual and technological development through research, education, and collaboration with international scientific communities.

Recent Submissions

Item
Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü
(Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur., 2012) Səriyyə Gülağa qızı Gündoğdu
Mehmed Akif türk xalqının adət-ənənəsinə, dininə, psixologiyasına və yaşadığı sosial problemlərə yaxından bələd olduğu üçün əsərləri da böyük təsir gücünə malik olmuşdur. O bütün Türkiyə gəncliyini, vətənpərvər və ziyalı kütləsini öz yaradıcılığı ilə ciddi şəkildə təsir göstərmişdir. Bununla yanaşı, şairin şöhrəti Türkiyə sərhədlərini aşmış və digər türk xalqları arasında da böyük nüfuz qazanmışdır. Monoqrafiyada Azərbaycanda Mehmed Akif Ərsoyun sosial mövzulu şeirlərinin təqdimi məsələsinə həsr olunmuş ilk tədqiqat əsəridir.
Item
Füzulinin ərəbcə poetik irsi
(Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 2024) Ruhəngiz Aydın qızı Cümşüdlü; Elmi redaktor: Akademik Gövhər Baxşəliyeva
Monoqrafiyada ilk dəfə olaraq Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlərin – Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilərək mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonddakı ümumi müştərəklik üzə çıxarılır.
Item
Erkən islam tarixi məsələləri (VI-VII əsrlər) azərbaycanlıtədqiqatçıların əsərlərində
(Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı - 2022, 2022) ƏMMAR ABBASOV
Kitabda azərbaycanlı tədqiqatçıların erkən islam tarixi haqda tədqiqatları ümumiləşdirilmiş, ərəb dilində olan əsərlərlə müqayisəli şəkildə araşdırılmışdır.
Item
MUNİSNAMƏ
(Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı – 2021, 2021) ƏBUBƏKR İBN XOSROV ƏL-USTAD
AZƏRBAYCAN ƏDƏBİYYATININ NADİR İNCİLƏRİNDƏN BİRİ: «MUNİSNAMƏ» Son onilliklərdə elm aləminə məlum olmuş qiymətli ədəbi abidələrdən biri də XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsəridir. Uzun illər boyu yeganə əlyazma nüsxəsi başqa bir ad altında Londondakı Britaniya muzeyində saxlanmış bu abidənin xüsusi əhəmiyyəti bundadır ki, onun təkcə özü deyil, müəllifinin şəxsiyyəti də farsdilli ədəbiyyat tarixi üçün tamamilə yeni faktdır. «Munisnamə»nin ilk tədqiqatçısı və tərcüməçisi, görkəmli Azərbaycan şərqşünası, əməkdar elm xadimi, professor Rüstəm Əliyevin parlaq xatirəsinə ithaf olunur.
Item
AMEA AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞӘRQŞÜNASLIQ İNSTİTUTU 60 ildә
(Azәrbaycan Milli Elmlәr Akademiyası akad. Z.M.Bünyadov adına Şәrqşünaslıq İnstitutu . BAKI – 2018, 2018)
Kitab “AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi haqqında” Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 14 fevral 2018-ci il tarixli qərarı əsasında hazırlanmışdır.